📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiya yenidən SİLKƏLƏNDİ

2026-08-01 10:47:32

Yaponiya yenidən SİLKƏLƏNDİ

Yaponiyanın Hokkaydo adası sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Hurriyyet.Media xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə də xəbərdarlıq edilməyib.

Son günlər Yaponiyada zəlzələ ocaqları xeyli aktivləşib. İyulun 28-də seysmoloqlar Yaponiyanın Kyuşu adasında 7,1 bal gücündə zəlzələ qeydə alıblar. Qısa müddət sonra isə adada 6,1 bal gücündə daha bir zəlzələ baş verib.