📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiyada 7,4 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi yaranıb

2026-04-20 12:14:57

Yaponiyada 7,4 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi yaranıb

Yaponiyanın şimal-şərq sahillərində 7,4 maqnitudalı zəlzələ olub, ardınca mümkün sunami ilə bağlı xəbərdarlıq elan edilib.

Hurriyyet.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Sakit okeanda, təxminən 10 kilometr dərinlikdə yerləşib. Hakimiyyət İvate, Aomori və Hokkaydo prefekturaları üçün hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı elan edib.

Zəlzələ Yaponiyanın seysmik intensivlik şkalası üzrə "yuxarı beşlik" kimi qiymətləndirilib - bu, insanların hərəkətində ciddi çətinliklərin və konstruksiyaların zədələnməsinin, o cümlədən armatursuz beton divarların çökməsinin mümkün olduğu bir səviyyədir.