📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiyada sahildə naməlum şar aşkar olundu

2023-02-21 10:06:00

Yaponiyada sahildə naməlum şar aşkar olundu

Yaponiyanın Şizuoka prefekturasının sahillərində diametri 1,5 metr olan naməlum şar aşkar olunub.

Hurriyyet.az “Daiichi TV” telekanalına istinadən xəbər verir ki, naməlum şar yerli sakin tərəfindən tapılıb və o, polisə bu barədə məlumat verib.

Hazırda polis sahilə girişi məhdudlaşdırıb. Şarın metal materialdan olduğu iddia olunur. Hadisə yerinə gələn mütəxəssislər araşdırmaları davam etdirir. (qafqazinfo)