📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiyada son 150 ilin ən böyük istiləri başlayıb

2022-06-29 12:55:00

Yaponiyada son 150 ilin ən böyük istiləri başlayıb

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Yaponiya son 150 ilin ən isti istiləri müşahidə olunur.

Tokioda ard-arda 5-ci gün temperatur 35 dərəcəni keçib. Bunun, hava temperaturunun qeydə alınmağa başlandığı 1875-ci ildən bəri ən güclü istilər olduğu bildirilir.

İsesaki şəhərində 40,2 dərəcə istilik olub – bu, Yaponiyada iyun ayı üçün rekord göstəricidir.

Meteoroloqlar istilərin davam edəcəyini bildirirlər.

Yaponiya hökuməti istivurma riskinə qarşı vətəndaşların kondisionerlərdən istifadə eləməsini tövsiyə edir. Hökumət bununka yanaşı, elektrik istehlakının israfına yol verməmək üçün lazımsız cihazların, lampaların söndürülməsini də məsləhət görüb.

Hürr Tərcüman