📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiyada vulkan püskürdü, tüstü və kül 3,5 km hündürlüyə yüksəldi!

2021-10-20 15:17:00

Yaponiyada vulkan püskürdü, tüstü və kül 3,5 km hündürlüyə yüksəldi!

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Yaponiyadanın cənub qərbində yerləşən Küsü adasının Kumamoto prefekturasında yanan “Aso” vulkanının Nakadaka kraterindən 3,5 km yüksəkliyə tüstü və kül burulğanı ucalıb. Vulkanik daşlar  1 km radiusda ətrafa səpələnib.

Meteorologiya idarəsi beşballıq şkala ilə 3 ballıq təhlükə barəsində xəbərdarlıq edib. Vulkana yaxınlaşmaq qadağandır.

“Aso” Yaponiyanın fəaliyyətdə olan ən böyük vulkanıdır.

Hürr Tərcüman