📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiyada zəlzələ baş verib

2026-01-06 10:55:48

Yaponiyada zəlzələ baş verib

Hurriyyet.az xəbər verir ki, jurnalistlərin məlumatına görə, zəlzələnin episentri Honşu adasının şərqindəki Şimane prefekturasında, ocaq nöqtəsi on kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin gücü 6,2 bal olub. Ölkə daxilində bir neçə yaşayış məntəqəsində güclü təkanlar hiss edilib. Yaponiyada qəbul edilmiş yeddi ballıq şkala üzrə təkanların gücü beş bal olub. Ada üçün sunami xəbərdarlığı verilməyib.

Yaponiyada son zəlzələ 30 dekabrda baş verib. Təkanlar Ryukyu adaları yaxınlığında baş verib. Seysmik hadisənin gücü 5,5 bal olub.

4 yanvarda Soçi kurort şəhərinin Lazarevski rayonunda zəlzələ qeydə alınıb. Təkanların episentri Qara dənizdə, sahildən beş kilometr aralıda yerləşib. Episentrə yaxın ərazidə zəlzələnin gücü Rixter şkalası üzrə 4 bal, şəhərin Mərkəzi rayonunda isə 3 bal olub.

Hurriyyet.az