Yaponiyadan Putinin dostuna qarşı sanksiya
2022-07-05 14:51:00
Hurriyyet.az “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, Yaponiya Rusiyanın 6 şirkətinin və 57 vətəndaşının vəsaitlərini dondurub.
Sanksiyalar siyahısına RF Prezidenti V. Putinin dostu, violonçel ifaçısı Sergey Rolduqin və onun həyat yoldaşı da düşüb. Tokionun fikrincə, Rolduqin və qara siyahıya salınmış digər şəxslər Ukraynanın şərqindəki sabitliyin pozulmasında rol oynayıblar.
Siyahıda Rusiyanın Baş nazirinin müavini Dmitri Qriqorenko, “Severstal”, “Silovıye Maşinı” şirkətlərinin direktorlar şurasının sədri Aleksey Mordaşov və onun qohumları – Marina, Kirill və Nikita Mordaşovların da adları var. Məlumat Yaponiyanın Maliyyə Nazirliyinin saytında yerləşdirilib.
Hürr Tərcüman