📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiyadan tələb: “Rusiya üzr istəməlidir”

2022-09-27 12:41:00

Yaponiyadan tələb: “Rusiya üzr istəməlidir”

"Bu, Rusiya tərəfindən Vyana Konvensiyasının pozulmasıdır"

Hurriyyet.az TASS informosiya agentliyinə istinadla xəbər verir ki, rəsmi Tokio Yaponiyanın Vladivostokdakı Baş konsulluğunun konsulunun saxlanılmasını qəbuledilməz hesab edərək, Rusiyadan rəsmən üzr diləməsini tələb edir. Bu barədə açıqlamanı bu gün Yaponiyanın Xarici İşlər naziri Yosimasa Hayasi verib.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti bu ərəfədə Yaponiyanın Vladivostokdakı Baş konsulluğunun konsulu Motoki Tatsunorinin məxfi məlumatları ələ keçirərkən saxlanıldığını, diplomat  statusu ilə bir araya sığmayan fəaliyyəti ilə əlaqədar persona-non-qrata elan edildiyini bəyan eləmişdi.

Yaponiyanın Xarici İşlər Nazirliyi Rusiya tərəfinin davranışını Vyana Konvensiyasının pozulması kimi qiymətləndirərək, “tamamilə qəbuledilməz” adlandırıb.

Yosimasa Hayasi bununla bağlı açıqlamasında deyib: “Bu gün Yaponiyanın Xarici İşlər nazirinin müavini cənab Takeo Mori Rusiyanın Yaponiyadakı səfiri cənab Qaluzini Yaponiyanın Xarici İşlər Nazirliyinə çağırıb və orada ona kəskin etirazını bildirərək, Rusiya tərəfinin rəsmən üzr istəməsini tələb edib. Mən, təkidlə Rusiya tərəfini Yaponiya tərəfinin etirazına və təklifinə  ciddi yanaşmağa çağırıram”.

Nazirin sözlərinə görə, Rusiyada saxlanılan yapon diplomat “qanuna zidd hərəkət etmədiyi halda, ona qarşı icbari tədbirlər görülüb”.

Yaponiyanın Xarici İşlər naziri konsulun artıq azadlığa buraxıldığını da qeyd edib.

Hürr Tərcüman

ФСБ задержала во Владивостоке консула Японии Мотоки Тацунори за шпионаж -  NVL