Yaponiyanın Baş nazirinə qarşı sui-qəsd cəhdi!
2023-04-15 11:00:00
Hurriyyet.az xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kisidanın ölkənin qərbindəki Vakayama ştatında ictimaiyyət qarşısında çıxışı zamanı yaxınlıqda güclü partlayış baş verib.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Hökumət başçısı təxliyə olunaraq Vakayama Polis Departamentinə aparılıb. Ona heç bir zərər dəyməyib.
Kişidanın çıxışından əvvəl naməlum şəxs tüstü bombasına bənzər əşyanı ataraq partladıb. Həmin şəxs dərhal asayiş keşikçiləri tərəfindən saxlanılıb.
Baş nazirin çıxışın dinləmək üçün meydana yüzlərlə adam toplaşıbmış.
İnsident zamanı heç kəsin zərər çəkmədiyi bildirilir.
Hürr Tərcüman