Yaponiyanın eks-baş nazirinin öldürülməsinin yeni GÖRÜNTÜLƏRİ
2022-07-09 10:14:00
Yaponiyanın eks-baş naziri Sindzo Abeyə hücum anını əks etdirən yeni video yayılıb.
Hurriyyet.az xarici KİV-ə istinadən xəbər veirir ki, Abe Nara şəhərinin sakinləri qarşısında çıxış edərkən sui-qəsdə məruz qalıb.
Şinzo Abeyə atəş açan 41 yaşlı Nara prefekturasının sakini Tetsuya Yamaqami polisdə dindirilərkən əməlinin səbəbini açıqlayıb.
Onun sözlərinə görə, Ş.Abe Yamaqami ailəsini ciddi maliyyə problemləri ilə üzləşdirən müəyyən bir qrupa aid idi.
"Anam bu qrupa cəlb olunmuşdu, bu qrup üçün böyük bir ianə etdikdən sonra ailəmiz maddi problemlərlə üzləşmişdi", -T.Yamaqami bildirib.