📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaponiyanın "Nikkei" indeksi tarixi rekordu yeniləyib

2026-04-23 12:54:12

Yaponiyanın

Asiyanın ən böyük Tokio Fond Birjasında ticarət kotirovkaların sürətli artımı ilə başlayıb.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, müsbət dinamika ABŞ və İran arasında atəşkəsin uzadılması xəbərləri, eləcə də ABŞ fond bazarlarında əvvəlki gün müşahidə olunan artımla əlaqədardır.

Açılışda Yaponiyanın 225 ən böyük korporasiyasının səhm qiymətlərini izləyən əsas "Nikkei" indeksi təxminən 1 % artaraq, tarixində ilk dəfə 60 000 bənd həddini keçib.

Tokio Fond Birjasında müsbət dinamika artıq ardıcıl dörd ticarət günüdür ki, davam edir. Yapon mütəxəssisləri bunu Yaxın Şərqdə mümkün sabitləşmə gözləntilərindən irəli gələn nikbin investor əhval-ruhiyyəsi ilə əlaqələndirirlər.

Daha əvvəl "New York Post" qəzeti ABŞ Prezidenti Donald Trampın İranla sülh danışıqlarının növbəti bir neçə gün ərzində baş tuta biləcəyini versiyasını irəli sürdüyünü bildirib.