Yaponiyanın xarici işlər naziri Kiyevdədir
2024-01-07 12:12:14
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yoka Kamikava qəflətən Ukraynaya səfər edib. Onun ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşü planlaşdırılır. Bu barədə məlumatı Yaponiyanın Xarici İşlər Nazirliyi paylaşıb. Kamikavanın Avropanın bir neçə ölkəsinə, o cümlədən, Polşa və Finlandiyaya, Türkiyəyə, ardından ABŞ-a səfərləri planlaşdırılır.
Fevralın 19-da Tokioda Ukraynanın iqtisadi inkişafı və bərpası ilə bağlı Yaponiya-Ukrayna konfransı keçiriləcək. Konfransda rəsmi Kiyevi ölkənin baş naziri Denis Şmıqal təmsil edəcək.
Hürr Tərcüman