Yaponlar COVİD-in əlacını tapıb? - Tokioda yoluxma ən aşağı həddə düşüb
Tokioda koronavirusa yoluxanların gündəlik sayı ötən ilin mayından bəri ən aşağı həddə düşüb.
Hurriyyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla məlumat yayıb. Yaponiyada tam vaksin olunan sakinlərin sayı 76 faizi ötdüyünə görə, hazırda koronavirusa yoluxanların bütün ölkə üzrə gündəlik yoluxma sayı 50 nəfərdən az təşkil edir. Bu, cari ildə ən aşağı göstəricidir.
Yaponiyanın digər prefekturalarında da yoluxma sayının azaldığı bildirilir. Belə ki, Hokkaydo, Osaka və Aiçi kimi yüksək göstəricilərin qeydə alındığı prefekturalarda yoluxma sayının azaldığı qeyd edilir.
Paytaxt hökumətinin yaydığı məlumata görə, son həftə ərzində koronavirusa yoluxanların gündəlik orta sayı 17,1 nəfərədək edib. Bununla yanaşı, xəstəxanalara yerləşdirilənlərin də sayında azalma qeydə alınıb. Bir gün əvvəl ağır simptomlarla xəstəxanaya gətirilənlərin sayının 8-dək azaldığı bildirilir.
Əlavə olaraq qeyd edək ki, Yaponiya üzrə COVID-19-a yoluxanların ümumi sayı 382 min 95 nəfərdir. Oktyabrın ortalarından başlayaraq ölkə üzrə gündəlik yoluxma sayı 50 nəfərdən azdır.