📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yardımlar azaldı, bəzi hərbi əməliyyatlar dayandırıldı - Ukrayna strateji dəyişikliyə gedir

2023-12-19 12:54:02

Yardımlar azaldı, bəzi hərbi əməliyyatlar dayandırıldı - Ukrayna strateji dəyişikliyə gedir

Ukrayna xarici yardımların azalması səbəbindən Rusiya ilə müharibədə bəzi hərbi əməliyyatlarını dayandırmalı olduğunu açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Tavriya Əməliyyat-Strateji Qoşunları Qrupunun komandanı Aleksandr Tarnavski bildirib.

“Reuters” xəbər agentliyinə danışan Tarnavski, cəbhə xəttindəki hərbi hissələrdə sursat çatışmazlığı yarandığını və bunun Ukrayna üçün böyük problem olduğunu bildirib.

“Xüsusilə Sovet İttifaqı dövründən qalma silahlar üçün top mərmilərinə ehtiyac var. Ehtiyaclarımızı nəzərə alsaq, əlimizdə olan top mərmiləri kifayət deyil. Bəzi bölgələrdə müdafiə mövqeyi tutduq. Taktika dəyişir”,-deyə o qeyd edib.

“BBC”-yə danışan Ukrayna müdafiə nazirinin müavini İvan Qavrilyuk artilleriya mərmilərinin çatışmazlığını kompensasiya etmək üçün kamikadze dron istehsalını artırdıqlarını bildirib.

Qeyd edək ki, ABŞ Ukraynaya Qərb istehsalı silahlarda istifadə oluna bilən 2 milyondon çox artilleriya mərmisi göndərmişdi. Estoniya Müdafiə Nazirliyinin hazırladığı hesabatda deyilirdi ki, Ukraynanın Rusiyaya qarşı müharibədə hər ay ən azı 200 min top mərmisinə ehtiyacı var. Onu da qeyd edək ki, Avropa Birliyi 2024-cü ilin martına qədər Ukraynaya 1 milyon ədəd artilleriya mərmisi göndəriləcəyini açıqlamışdı. Lakin indiyədək bu artilleriya mərmilərindən yalnız 480 mini Ukraynaya göndərilib. Görünən odur ki, Avropa Biliyinin vəd etdiyi hərbi yardımlar çatdırılmasa, Ukrayan ordusunun hərbi əməliyyat dairəsi ciddi sürətdə kiçilə bilər. İkinci bir məsələ isə odur ki, Rusiyanın dayanmaq, geri çəkilmək kimi bir niyyəti yoxdur. Bu yaxınlarda Rusiya lideri Vladimir Putin də bunu bird aha bəyan edib. O, bildirib ki, Ukrayna ilə müharibə ancaq ölkəsinin hərbi məqsədlərinə çatacağı təqdirdə bitəcək.

AzPolitika.info