📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yardımlıda əməliyyat: Narkokuryer qohumlar tutuldu

2024-10-12 17:18:52

Yardımlıda əməliyyat: Narkokuryer qohumlar tutuldu

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər, tədbirlərlə 47 yaşlı Ceyhun Həsənov və qohumu 27 yaşlı Hüseyn Cəfərov saxlanılıblar.

Hurriyyet.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri ümumilikdə 20 kiloqram marixuana və tiryək aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitələri maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.