Yarım milyondan artıq NATO hərbçisi yüksək hazırlıq vəziyyətindədir
2024-07-22 17:58:10
Hurriyyet.az xəbər verir ki, NATO-nun 500 min nəfərdən artıq hərbçisi yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu barədə alyansın rəsmi təmsilçisi Fərəh Dahlalla CNN telekanalına müsahibəsində məlumat verib. O deyib: "2014-cü ildən bəri NATO kollektiv müdafiəmizin yeni nəsli ərzində ən mühüm transformasiyaya məruz qalıb. Soyuq müharibə dövründən bəri ən genişmiqyaslı müharibə planları tətbiq edilir. Hazırda 500 min nəfərdən artıq hərbçi yüksək döyüş hazırlığı vəziyyətindədir".
Hürr Tərcüman