📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqa 12 il cəza istənildi

2023-12-04 17:26:59

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqa 12 il cəza istənildi

Yarım milyon manatlıq mənimsəmədə ittiham olunan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrayıl Fərzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Hurriyyet.az xəbər verir ki, modern.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. 

Prokuror C. Fərzəliyevin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. 

Vəkillərə çıxışa hazırlaşmaq üçün dekabrın 25-nə kimi vaxt verilib. 

Cinayət işi üzrə zərərçəkmiş qismində “Paşa Bank” və “Gənclər Fondu” tanınıb. 

Qeyd edək ki, C.Fərzəliyev politoloq kimi də fəaliyyət göstərib. O, 2018-ci ildə “Gənclər Fondu”nun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.