📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yasamalda 18 yaşlı oğlan binadan yıxılıb öldü

2026-08-29 14:57:12

Yasamalda 18 yaşlı oğlan binadan yıxılıb öldü

Dünən Yasamal rayonunda dəhşətli hadisə baş verib.

Hurriyyet.media  xəbər verir ki, saat 14 radələrində Salyan rayon sakini 18 yaşlı Ş.Atayev Hüseyn Cavid prospekti 81 ünvanındakı binadan yıxılıb.

Çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin girişindəki eyvandan yıxılan gənc hadisə yerində ölüb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.