📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yasamalda itmiş azyaşlı oğurlanıb? - Açıqlama

2025-12-27 19:32:32

Yasamalda itmiş azyaşlı oğurlanıb? - Açıqlama

"Ötən gün Yasamal rayonu ərazisində itmiş azyaşlının oğurlanması ilə bağlı səsləndirilən iddialar təsdiqini tapmayıb".

Hurriyyet.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, qısa zamanda onun valideynləri tapılaraq ailəsinə təhvil verilib.

"Ötən gün Yasamal rayonu ərazisində yerləşən avtobus dayanacağında nəzarətsiz azyaşlının olması barədə polisə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin dayanacağa yaxınlaşıblar və azyaşlı qeyd olunan ünvandan götürülüb. Qısa zamanda onun valideynləri tapılaraq ailəsinə təhvil verilib. Azyaşlının oğurlanması ilə bağlı səsləndirilən iddialar araşdırma zamanı təsdiqini tapmayıb", - deyə o bildirib.