Yasaq alma: Rusiyada “Apple” qadağan edildi
2023-07-14 16:02:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Rusiyanın dövlət tərəfindən idarə edilən hərbi-sənaye şirkəti “Rostec” əməkdaşlarının ABŞ-ın texnologiya nəhəngi olan “Əpl” (“Apple”) şirkəti tərəfindən istehsal edilən cihazlardan istifadə edilməsinin qadağan edildiyi bildirilir.
“Rostex”in mətbuat xidmətinin TASS informasiya agentliyinə verdiyi məlumatda deyilir: “Şirkətin bütün idarələrində iş zamanı Amerika istehsalçısının cihazlarından istifadə eləmək tamamilə qadağan edilir”.
Hürr Tərcüman