📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaşar Güler: "Terrorun mənbəyini məhv edəcəyik"

2024-05-03 11:57:53

Yaşar Güler:

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyənin müdafiə naziri Yaşar Güler terrorun kökünü kəsmək üçün onu mənbəyindəcə məhv etmək strategiyasından istifadə etdiklərini bildirib.
Nazir CNN Türk kanalına müsahibəsində deyib: "Biz terrorçuluqla mübarizə prinsiplərini dəyişmişik. Terroru öz mənbəyində məhv eləmək strategiyasından istifadə edirik".
O, İraqın Türkiyənin tarixi qonşusu olduğunu və iki ölkə arasında mehriban münasibətləri qorumağa çalışdıqlarını bildirib. Güler PKK-nın İraqın şimalında kök saldığını və uzun illər boyunca orada fəaliyyət göstərdiyini, həmin bölgədə əvvəlki kimi vaxtaşırı yox, terrorun kökünü birdəfəlik kəsmək üçün daimi əməliyyatlar aparılacağını qeyd edib.
Müdafiə naziri PKK-nın İraqın 800 kəndini işğal elədiyini, dinc əhaliyə əziyyət verdiyini, İraq dövlətinin də bir sıra görüşlərdən sonra artıq PKK-nı terror təşkilatı kimi tanıdığını söyləyib.
Güler PKK terror təşkilatının Şimali İraq Kürd Muxtariyyətinin nəzarətində olan Süleymaniyyə şəhərində sərbəst dolaşdığını qeyd edərək, deyib: "Axırıncı görüşdə Prezidentimiz qəti şəkildə bundan danışdı. Bu əməkdaşlıqdan imtina edin. Əgər sülh içərisində yaşamaq istəyirsinizdə, bu terror təşkilatından xilas olun. Yeni şərait yaradın. Biz bu məsələdə sizə kömək edərik".
Hürr Tərcüman