📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaşayış binasında partlayış - Xəsarət alan var

2024-10-24 09:11:36

Yaşayış binasında partlayış - Xəsarət alan var

Daşkəsən rayonunda yaşayış binasinda mənzillərdən birində partlayış olub.

Hurriyyet.az xəbər verir ki, mənzillərin birində qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini, 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu ağır yanıq xəsarətləri alıb.

Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılacağı planlaşdırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Report.az