Yaşı 60-ı keçən müəllimlər imtahana buraxılmayacaq - RƏSMİ
2023-06-19 17:03:00
Yaşı 60 və yuxarı olan müəllimlərin MİQ imtahanında iştirakı ləğv edilib.
Hurriyyet.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
"20-24 iyul tarixində keçirilən imtahanda yaşı 60 və daha artıq olan müəllimlərin iştirakı nəzərdə tutulmur. Könüllü də iştirak edə bilməyəcəklər. Onların iştirakı ləğv olunub", - deyə qurum rəhbəri qeyd edib.
yenisabah.az