📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yataqxanada meyiti tapılan qızla bağlı TƏBİB-dən açıqlama

2026-11-15 17:39:11

Yataqxanada meyiti tapılan qızla bağlı TƏBİB-dən açıqlama

Noyabrın 14-də saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin yataqxanasından çağırış daxil olub.

Hurriyyet.net  xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. 

“Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər qadının həkiməqədər ölüm faktı qeydə alınıb”, – açıqlamada bildirilib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.