"Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında yeni müharibə başlana bilər" - Kremlə yaxın politoloq
Hurriyyet.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markov yaxın günlərdə Azərbaycanla Ermənistan arasında yeni kiçikmiqyaslı müharibənin baş verə biləcəyini iddia edib.
Markov öz "Teleqram" kanalında yazıb: "Ermənistanın rəhbəri Paşinyan Brüsseldə ABŞ dövlət katibi və Avropa İttifaqının lideri ilə çox uğurlu danışıqlar aparıb. ABŞ və Aİ tərəfindən Ermənistana böyük hərbi yardım ediləcəyi bəyan edilib. Bundan dərhal sonra Azərbaycanla sərhəddə hərbi gərginlik baş verib. Ermənistan bu yolla ABŞ və Aİ-dən daha çox hərbi yardım almağa çalışır? Ermənistan Ukraynanın yolu ilə gedir? Yoxsa, Ermənistanı Ukraynanın getdiyi yola itələyirlər?
Çoxları hesab edirlər ki, yaxın günlərdə Azərbaycanla Ermənistan arasında yeni kiçikmiqyaslı müharibə başlaya bilər. ABŞ ilə Aİ Cənubi Qafqazda hərbi varlıqlarını gücləndirmək üçün təməl yaratmasını istəyiblər?"
Hürr Tərcüman
.png)