"Yaxın vaxtlarda növbəti xoş xəbəri eşidəcəyik" - ZAUR MƏMMƏDOV
2024-03-07 12:10:45
"Ukrayna, Gürcüstan, Moldovadan sonra Ermənistan da eyni ssenari ilə Rusiyadan qopmaq yolunu seçdi, bu kobud manevrdir, lakin bizim lehimizədir"
"Ermənistan rus sərhədçilərinin hava limanından çıxarılması üçün Moskvaya sorğu göndərib. Maraqlı hadisələrdir". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.
Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, baş verənlər aysberqin görünən hissələridir: "Beləliklə, Ukrayna, Gürcüstan, Moldovadan sonra Ermənistan da eyni ssenari ilə Rusiyadan qopmaq yolunu seçdi. Bu kobud manevrdir. Lakin bizim lehimizədir. Yaxın vaxtlarda növbəti xoş xəbəri eşidəcəyik".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az