📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaxın vaxtlarda Talış və Soquvuşana 500-ə yaxın ailə köçürüləcək

2021-10-16 15:28:00

Yaxın vaxtlarda Talış və Soquvuşana 500-ə yaxın ailə köçürüləcək

"Talış və Soquvuşan qəsəbələrinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir".

Hurriyyet.az Moderator.az-a istinadən xəbər verir ki, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O xatırladıb ki, oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonuna, Talış kəndinə və Suqovuşan qəsəbələrinə səfər edib: "Dövlət başçımız səfər zamanı Talış və Suqovuşan qəsəbələrində Azərbaycan Bayrağını qaldırdı. Yaxın müddətdə Talış və Soquvuşan qəsəbələrinə 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdıırlır. Biz buna nail olacağıq".