📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaxın zamanda İran Azərbaycana yeni səfirini təyin edəcək

2025-05-14 12:07:17

Yaxın zamanda İran Azərbaycana yeni səfirini təyin edəcək

Hurriyyet.az xəbər verir ki, İran Azərbaycana səfir seçkisini tamamlamaq üzrədir.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqayi ölkə mətbuatına açıqlamasında Bakıya göndəriləcək səfirin seçilməsi ilə bağlı məlumat verib. Bəqayi deyib: "Azərbaycan Respublikası ilə münasibətlərin normallaşdırılması prosesində zəruri addımlar atılıb. Seçki prosesi yekun mərhələsindədir. Azərbaycan Respublikası ilə münasibətlərimiz həmişə normal dostluq çərçivəsində olub".
Hürr Tərcüman