Yaxın zamanda İrəvanla Ankara arasında aviaticarət başlanacaq
2023-01-06 19:58:00
Hurriyyet.az xəbər verir ki, “Habertürk” kanalı diplomatik mənbələrə istinadla Ankara ilə İrəvanın birbaşa avia yükdaşımaların işə salınması ərəfəsində olduğunu bildirib. Bu qərar iki ölkənin xüsusi nümayəndələrinin danışıqları zamanı verilib.
Türkiyənin Ticarət Nazirliyinin türkiyəli ixracatçılara yanvarın 1-dən etibarən bu cür yükdaşımalar üçün əngəllərin aradan qaldırıldığını xəbər verdiyi deyilsə də, bu əngəllərin məhz nədən ibarət olduğu və türkiyəli ixracatçıların Ermənistana hansı tarixdən etibarən yük tədarük edəcəkləri barəsində dəqiq məlumat verilməyib.
Hürr Tərcüman