📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaxın zamanda rusiyalıların Estoniyaya gedişi əngəllənəcək

2022-09-01 00:10:00

Yaxın zamanda rusiyalıların Estoniyaya gedişi əngəllənəcək

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Estoniyanın Xarici İşlər naziri Urmas Reynsalu regional tərəfdaşları ilə birlikdə yaxın zamanda rusiyalıların əksəriyyətinin üzünə qapıları bağlamaq niyyətində olduqlarını söyləyib.

Reynsalu deyib: “Yaxın günlərdə, gələcək həftələrdə, Şengen vizaları qaydalaranı tamamilə uyğun şəkildə, ölkələrimizin ərazilərinə Rusiyadan olan bu adamların gəlişini qadağan eləmək qərarını çox müsbət qarşılayacağam”.

Onun sözlərinə görə, Avropa İttifaqının viza vermək məsələsi ilə bağlı qərarına baxmayaraq, Estoniya ilə qonşuları  “ölkələrin təhlükəsizlik mülahizələri əsasında” qərar qəbul edəcəklər.

Hürr Tərcüman