📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Yaxşı bilirsiniz ki, Lvov Polşa şəhəridir, bəlkə bu barədə birlikdə nəsə edək?”

2022-03-29 10:27:00

“Yaxşı bilirsiniz ki, Lvov Polşa şəhəridir, bəlkə bu barədə birlikdə nəsə edək?”

Rusiya prezidenti Vladimir Putin digər ölkələri də Ukraynaya qarşı qarşıdurmaya cəlb etmək istəyir.

Hurriyyet.az xəbər verir ki, bunu Polşa Seyminin keçmiş rəhbəri, Avropa Parlamentinin deputatı Radoslav Sikorski “GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona  müsahibəsində deyib.

"Mən 2008-ci ildə NATO sammitində iştirak etmişdim, o zaman Putin artıq Ukraynanın başqa ölkələrin parçalarından yığılmış süni ölkə olduğunu demişdi. Hətta onun çıxışının mətnini də Rusiya nümayəndə heyətindən almışdım. Mən Ukraynanın o vaxtkı müdafiə nazirini dəvət edib  həmin mətni ona verdim. Düşündüm ki, bu, ona büdcə üçün mübarizə aparmağa kömək edəcək. Sonra gələn illərdə iki şey oldu. Mən Dumanın sədr müavini olan Jirinovskidən məktub aldım. Putin tez-tez onun vasitəsilə çılğın fikirləri sınaqdan keçirirdi. Məktubda o, xüsusi olaraq Polşaya Ukraynanın bölünməsində iştirak etməyi təklif edib.Təbii ki, biz cavab belə, vermədik”, - Sikorski bildirib.

O, Putinin Ukraynanın parçalanmasına şəxsən necə eyham vurduğunu da danışıb.

“Putin 2008-ci ildə Polşaya səfəri zamanı rəsmi söhbətləri zamanı eyham vurmuşdu: “Yaxşı bilirsiniz ki, Lvov Polşa şəhəridir, bəlkə bu barədə birlikdə nəsə edək?”

Bu, təklifdən çox eyham idi. Və bizə 1939-cu ildə Polşada German Göringin sözlərini xatırlatdı:

“Qdanski itirməkdən, Baltik dənizinə çıxışı itirməkdən narahat olmayın. Qara dəniz də dənizdir". 

"Bu oxşar bir durum idi. Putin çox istərdi ki, digər ölkələri də Ukraynaya qarşı qarşıdurmaya cəlb etsin. Belə bir şey NATO-nu məhv edə bilər və o, bunu çox gözəl anlayır", - deyə siyasətçi bildirib.