“Yaxşı nəticə qazanıb xalqımızı sevindirməyə çalışacağıq”
“Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun “Slaviya” ilə matçından əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
Hurriyyet.net 26 yaşlı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:
- Komandada daxilində ab-hava necədir? Matçın Bakı Olimpiya Stadionunda oynanılması sizin üçün həyəcanlıdır?
- Sabah oyun olacaq. İlk ev matçına çıxacağıq. Ümid edirəm ki, stadion dolar, azarkeşlərimiz gələr. Yaxşı nəticə qazanıb xalqımızı sevindirməyə çalışacağıq. Oyuna yaxşı hazırlaşmışıq.
- Millidə üzərinizdə çox təzyiq olmuşdu. Psixoloji olaraq?
- Deməzdim ki, yorğunluq qalıb. Millidə qalib gəldikdən sonra heç bir yorğunluğum yoxdur. Allah qoysa, sabah da qələbə qazanarıq. Hər şey qaydasındadır.
- BOS daha böyük stadiondur. Burada oynamaqdansa, Tofiq Bəhramov adına Respublika Stadionunda oynamaq daha yaxşı olmazdı?
- Məncə, burada azarkeş dəstəyi çox olacaq. Bakı Olimpiya Stadionu bizə daha uyğun olar. Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycan üçün tarixi arenadır. BOS-da daha çox azarkeş olsa, məncə, daha yaxşı olar.
- Meydançanın durumu necədir?
- Burada bir dəfə məşq etmişik. Stadionun ot örtüyü çox yaxşı vəziyyətdədir.