📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yayda kişilər niyə kökəlir ? - SƏBƏB

2022-07-18 20:47:00

Yayda kişilər niyə kökəlir ? - SƏBƏB

Günəş işığı və yay havası kişilərdə iştahanı artırır.

Alimlər yayda kişilərin kökəlib, çəki almasının səbəbini bunda tapıb.

Təl-Əviv universitetinin alimləri sübut ediblər ki, günəş şüaları və istiliyi "aclıq hormonu" olan qrelinin ifrazını daha da artırır.

Maraqlısı odur ki, bu effekt ancaq kişilərdə baş verir.

Molekulyar genetika üzrə professor Karmit Levi siçanlar üzərində təcrübədə ultrabənövşəyi şüaların erkək siçanlara təsirini müşahidə edib.

Erkək siçanların qanında şüaların təsirindən iştah aclıq hormonu kəskin yüksəlib.

Onlar dişilərdən daha çox yemək yeyiblər və çəkiləri artıb.

Dişilərdə olan estrogen hormonu qrelinə mane olur. \\Bakupost.az