"Yazıçılarımızın Anardan başqa namizədi ola bilməz" - Kamal Abdulla
2022-10-26 16:34:00
"Yazıçılar ittifaqı həqiqətən bir sistem kimi bütün şaxələrini, bütün potensialını üzə çıxardı, işlədə bildi və bunun bu hala gəlməsində əlbəttə ki, yazıçılar ittifaqının rəhbərliyinin, başda Anar müəllimin böyük xidməti, rolu var".
Hurriyyet.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Kamal Abdulla AYB-nin XIII qurultayında çıxışı zamanı deyib.
"Mən də elə bilirəm ki, bu gün yazıçılarımızın Anardan başqa ciddi və keçmişi dəyərləndirə bilən, bu günün qədrini bilən bir sədr kimi başqa bir namizədimiz ola bilməz. Ona görə mən də, tanıdığım, inandığım yazıçılarımız da öz səsini məhz Anar müəllimə verməyə hazırdırlar", - o söyləyib.
Ölkə.az