Yeddi il sonra ilk dəfə - İran XİN-dən barışıq addımı
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Tehranla Riyad arasındakı münasibətlərin 7 il sonra yenidən qurulmasının ardından ilk dəfə İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan Səudiyyə Ərəbistanına səfər edib. Bu barədə məlumatı İRNA agentliyi verib. O, birgünlük səfər çərçivəsində həmkarı Faysal bin Fərhan başda olmaqla Səudiyyə Ərəbistanının rəsmiləri ilə görüşəcək. Eyni zamanda İranın Riyaddakı səfiri vəzifəsinə təyin edilmiş Əlirza İnayəti də rəsmən Səudiyyə Ərəbistanındakı vəzifəsinin icrasına başlayacaq.
2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə alimi Nimr ən Nimr də daxil olmaqla, 47 nəfərin “terror” ittihamı ilə edam edilməsindən sonra baş verən gərginliklər nəticəsində iki ölkə arasındakı münasibətlər pozulmuşdu. 7 illik fasilədən sonra, 2023-cü il, martın 10-da iki ölkə arasında münasibətlərin normallaşdırılması qərara alındı.
Hürr Tərcüman