Yəhya Sinvarın ölümü nəyi dəyişə bilər? - "Vaşiqnton Post"
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Vaşqinton Post" nəşrinin iddiasına görə, "Həmas" təşkilatının siyasi bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi Qəzzada atəşkəs danışıqlarının baş tutmasını çətinləşdirə bilər. Qəzetin fərziyyəsinə görə, İsraiin Baş naziri Binyamin Netanyahu "daha irimiqyaslı qələbə qazanmaq üçün səyləri ikiqat artırmaq" istəyəcək.
Materialda qeyd edilir ki, ABŞ Prezidenti Co Bayden ilə vitse-prezident Kamala Harris Sinvarın ölümünün Qəzza bölgəsindəki münaqişənin nizamlanmasını asanlaşdıra biləcəyinə ümidvar olduqlarını bildiriblər.
Məqalədə deyilir: "Lakin ABŞ-ın, İsrailin, ərəb dövlətlərinin İsrailin hərbi strategiyasına, həmçinin atəşkəslə bağlı ABŞ-ın rəhbərliyi altında aylarla davam edən səylərə yaxşı bələd olan vəzifəli şəxsləri Sinvarın qətlini alqışlamaqla yanaşı, qeyd ediblər ki, onun aradan götürülməsi yeni əngəllər yarada bilər. Əsas məsələ budur - "Həmas"ın yeni rəhbəri atəşkəs razılaşmasına hazır olacaqmı? Netanyahu bu imkandan hərbi əməliyyatların intensivliyini azaltmaq üçün istifadə edəcəkmi? Yoxsa Qəzzada daha irimiqyaslı irəliləyiş üçün ikiqat səy göstərəcək?"
Xatırladaq ki, İsrail ordusunun mətbuat xidməti dünən axşam verdiyi açıqlamada, "Həmas" lideri Yəhya Sinvarın oktyabrın 16-da öldürüldüyünü bəyan edib.
Hürr Tərcüman