"YELO" bank vətəndaşdan xəbərsiz evi hərraca çıxartdı - BAŞ PROKURORLUĞA MÜRACİƏT EDİLDİ
Bakı şəhər sakini Həsənov Elxan Babahəsən oğlu redaksiyamıza müraciət edərək, keçmiş "NİKOİL" bank, yəni hazırda adı dəyişilən "YELO" bank tərəfindən qızına adına olan evin qanunsuz olaraq hərraca çıxarıldığını bildirib. O qeyd edib ki, "YELO" bank qanunsuzluq edərək, evin hüquqi sahibi olan qızı Həsənova Səkixanım Elxan qızının hərracda iştirakını təmin etməmişdir. Nəticədə sözügedən bank hərraca mövcud olmayan və etibarsız olmuş evin çıxarışını hərracda təqdim etmişdir. Elxan Həsənov baş vermiş qanunsuzluqla bağlı Baş Prokurorluğu müraciət ünvanlayıb:
"Bakı şəhəri, 46 saylı notarius Tamilla Kərimova Hüseynbala qızı tərəfindən 09.10.2012-ci il tarixli bağışlanma müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi, dalan 9, ev 2 fərdi yaşayış evi 27.10.2012-ci il tarixli 1112094438 qeydiyyat nömrəsi ilə Həsənova Səkinəxanım Elxan qızının adına qeydiyyatdan keçmişdir. Ona RX0066219 seriyalı çıxarış verilmişdir. Fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında qızım Həsənova Səkinəxanım Elxan qızına məxsus olduğuna baxmayaraq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DEDRX-nin Bakı Ərazi İdarəsi və hərrac keçirən Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC və "NİKOİL" bank əlbir olaraq ev "NİKOİL" bank tərəfindən hərraca təqdim olunmuşdur. Mövcud olmayan və artıq etibarsız olmuş başqa bir çıxarış əsasında Həsənova Səkinəxanım Elxan qızının hüquqi sahini olduğunu bilə-bilə hərracda iştirakını təmin etməmişdir. Xüsusi mülkiyyətində olan əmlakı olan evi qızımın xəbəri olmadan saxtakarlıqla "NİKOL" bank mənimsəmişdir. Qeyd olunanları nəzərə alaraq, qızım Həsənova Səkinəxanım Elxan qızının xüsusi mülkiyyətində olan əmlakını, yəni evini saxtakarlıq mənimsəmişlər. Hərraca mövcud olmayan və etibarsız olmuş evin çıxarışı hərracda təqdim edilmişdir. Hərracda iştirak etmiş "NİKOİL" bank, indiki "YELO" bank ASC-nin əməkdaşları haqqında Azərbaycan Respublikası qanunları ilə nəzərdə tutulmuş qaydada etdikləri qanunsuz əməllərə görə məsuliyyətə cəlb olunmalarını istəyirəm. Bununla bağlı Baş Prokurorluq tərəfindən faktın araşdırılmasını xahiş edirəm.
İnanıram ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsaslanaraq müraciətim qanuni və əsaslı hesab edilərək, qızım Həsənova Səkinəxanım Elxan qızının hüquqlarının qorunmasına köməklik göstərəcəksiniz".
YƏHYA