📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeltsinə mütləq təsir edən şəxs bəlli oldu: ABŞ-ın əli ilə “vurulub”

2026-02-02 09:20:26

Yeltsinə mütləq təsir edən şəxs bəlli oldu: ABŞ-ın əli ilə “vurulub”

Boris Yeltsinin prezidentliyinin müəyyən dövrlərində ona mütləq təsir edən şəxsin adı açıqlanıb.

Hurriyyet.org xəbər verir ki, bu, Yeltsinin təhlükəsizlik rəisi olmuş Aleksandr Korjakovdur. Bunu 1990-cı illərdə Yeltsinin mətbuat katibi vəzifəsini icra edən rusiyalı publisist Marina Yudeniç “Telegram”da xatırlayıb.

Yudeniç həmçinin Korjakovun siyasətdən uzaqlaşdırılması üçün xarici resurslardan istifadə edildiyini iddia edib.

“İkincinin (Korjakovun) birinciyə (Yeltsin) təsiri praktik olaraq mütləq idi. Onu Kremldən uzaqlaşdırmaq əməliyyatı demək olar ki, Vaşinqtonda planlaşdırılmışdı”, - deyə o yazıb.