Yəmən ABŞ-ın dronunu havada vurub
2024-02-19 15:02:04
Hurriyyet.az xəbər verir ki, Yəməndə husilər ABŞ-ın MQ-9 dronunu vurduqlarını bəyan ediblər. "Ənsar Allah" hərəkatının təmsilçisi, briqada generalı Yəhya Sari bu barədə açıqlamanı "Al Masirah" kanalının efirində verib.
Açıqlamada deyilir: "Yəmənin HHM sistemləri Hydeyda vilayətinin hava məkanında ölkəmizə qarşı düşməncəsinə planları həyata keçirən Amerikanın (MQ-9) dronunu müvafiq raketlə dəf edib".
Hürr Tərcüman
