Yəmən ordusu Maribdə irəlilə
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Yəmən ordusu Maribə hücumun uğurla nəticələndiyini və Marib əyalətinin cənubunda böyük əraziləri öz nəzarəti altına aldığını bəyan edib.
İran tərəfindən dəstəklənən “Ənsarullah” hərəkatının (husilər) üzvlərinin böyük itkilər verdiyi bildirilir.
Bu barədə açıqlama hökumət tərəfdarı olan “Amalika briqadası”nın “Tvitter” səhifəsində verilib.
2014-cü ilin sentyabrından Yəməndə ölkədaxili hərbi münaqişə davam edir.
İran tərəfindən dəstəklənən husilər ölkənin qərbindəki böyük ərazilərə, o cümlədən, paytaxt Sana şəhərinə nəzarət edirlər.
Səudiyyə Ərəbistanının lideri olduğu ərəb koalisiyası tərəfindən dəstəklənən hökumət qüvvələri isə 2015-ci ilin martından husilərlə döyüşürlər.
Yəmənin bir sıra rayonlarına isə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən separatçıların qondarma Cənub Keçid Şurası nəzrət edir.
Hürr Tərcüman