Yəmən qana boyandı: 15 nəfər öldürüldü
2022-09-06 22:18:00
"Əl-Qaidə" terror təşkilatının Yəmənin cənubundakı Ebyendə həyata keçirdiyi hücumda 15 nəfər öldürülüb.
Öldürülənlər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi Cənub Keçid Şurasına bağlı Hizam Emni qüvvələrinin üzvləridir.
Hətta birləşmənin komandirinin də məhv edildiyi vurğulanır.
Atışma zamanı "Əl-Qaidə" təşkilatından 6-7 silahlının məhv edildiyi də bildirilib. \\Publika