📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yəməndə husilərin silah anbarı vuruldu

2021-12-27 13:11:00

Yəməndə husilərin silah anbarı vuruldu

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq eləsiyi ərəb koalisiyası qüvvələri Yəmənin Sana şəhərində husilərin silah anbarlarını məhv ediblər. 

Silah anbarları  Yəmənin paytaxtı Sana şəhərində, “Ənsərullah” hərəkatının (husilər) Hüva Hücumundan Müdafiə mütəxəssislərini hazırladıqları məktəbin ərazisində yerləşirmiş.

Koalisiya bundan sonra da silah daşınması və saxlanması fəaliyyətinə qarşı qətiyyətli addımlar atılacağını bəyan edib.

Koalisiya qüvvələrinin bundan əvvəlki açıqlamasında husilərin Sana şəhərində silah daşımasına mane olmaq üçün aviazərbələr endirildiyi xəbər verilmişdi.

“Ənsərullah” təşkilatı baş verənlərlə bağlı hələlik açıqlama verməyib.

Yəməndə 2014-cü ilin sentyabrından bəri silahlı münaqişə davam edir.

İranın dəstəklədiyi husilər ölkənin qərbində böyük sahədə olan ərazilərə, o cümlədən paytaxt Sana şəhərinə nəzarət edirlər.

Ərəb koalisiyasının dəstəklədiyi koalisiya qüvvələri isə 2015-ci ilin martından husilərlə mübarizə aparırlar.

Yəmənin cənub rayonlarının bir qisminə Cənub Keçid Şurasının separatçıları nəzarət edirlər. Bu separatçıları BƏƏ dəstəkləyir.

Hürr Tərcüman