📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yəməndə yüzlərlə insan husilərin qurbanına çevrilib

2021-10-28 17:36:00

Yəməndə yüzlərlə insan husilərin qurbanına çevrilib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Yəmənin cənubundakı Marib əyalətinin starateji əhəmiyyətə malik Əl Cuba rayonuna nəzarət eləmək üçün son iki ayda gedən döyüşlər zamanı azı 300 nəfər dinc vətəndaş həlak olub, 10 mindən artıq ailə öz evini tərk eləməyə məcbur olub.

Yəmənin İnsan Hüquqları Nazirliyinin açıqlamasında İranın dəstəklədiyi “Ənsərullah” qiyamçılarının ölkənin qərbində daha çox ərazi ələ keçirmək cəhdlərinin səngimədiyi deyilir.

Nazirliyin açıqlamasında husilərin Əl Cunbadakı Əl Çerşe yaşayış məntəqəsini artilleriya atəşinə tutduğu, onlarla insanın yaralandığı, 500 ailənin evindən didərgin düşdüyü bildirilir.

 

Hürr Tərcüman