Yəməndən husilərə ağır zərbə: Strateji nöqtələr ələ keçirildi
2021-11-20 15:43:00
Yəmən ordusu Taiz və Hudeydə rayonlarında strateji nöqtələri ələ keçirib.
Hurriyyet.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.
Yəmən ordusu Taizin cənub-qərbində husi silahlı birləşmələrinin nəzarətindəki bölgələrə və Hudeydənin cənubunda genişmiqyaslı əməliyyatlar keçirib.
Əməliyyatlar çərçivəsində husilərin raket hücumlarını həyata keçirdiyi Əl-Qaziyə dağı başda olmaqla, bir neçə strateji nöqtələr ələ keçirilib.
Bundan başqa, Taiz və Hudeydə rayonlarını bir-birinə bağlayan ərazilərə də nəzarət təmin edilib.