Yəmənin Baş naziri ilk xarici səfərini Moskvaya edəcək
2024-02-26 13:06:06
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yəmənin Baş naziri Əhməd Avad bin Mübarək fevralın 26-da Moskvaya səfər edəcək. Onun Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə, Federasiya Şurasının sədri Valentina Matvienko və RF XİN başçısı Sergey Lavrovla görüşlər keçirməsi gözlənilir. Bu barədə məlumatı Yəmənin Moskvadakı səfirliyi verib.
Əhməd Avad bin Mübarək fevralın 5-də Yəmən hökumətinin başçısı təyin edilib. O, 2020-ci ilin axırından tutduğu xarici işlər naziri vəzifəsini də icra edir. Bu, onun respublikanın baş naziri vəzifəsində ilk xarici səfəridir.
Hürr Tərcüman