📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni agentliyin mətbuat katibi o oldu - Foto

2026-08-07 14:16:26

Yeni agentliyin mətbuat katibi o oldu - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub.

Hurriyyet.Media xəbər verir ki, Gülnar Hacalıyeva Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

O, daha əvvəl nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mütəxəssis vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi əsasında yaradılıb. Bir neçə gün əvvəl isə Dəniz Kərimzadə müvafiq əmrlə Agentliyin Kommunikasiya şöbəsinin rəhbəri təyin olunmuşdu.