Yeni Britaniya, Polşa, Ukrayna-"Üçlər İttifaqı" dünyaya nə vəd edir...
Britaniya, Polşa və Ukraynanın "Üçlər ittifaqı" Londonun bütün Avrasiya üzərində Rusiya və Avropa İttifaqının qarşılıqlı işbirliyindən kənar uzunmüddətli təsir zonası yaratmaq üçün uzunmüddətli strategiyasının elementi ola bilər. London Avropanın mərkəzində Böyük Britaniya mərkəzli ittifaqın qurulmasına nail olarsa, bir çox tranzit axınına təsir etmək üçün güclü alətə sahib olacaq və bu "Dəmir Pərdə 2"nin hər iki tərəfindəki ölkələri kövrək vəziyyətə salacaq.
Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın yeddinci sessiyasının açılışında Britaniya, Polşa və Ukrayna arasında qarşıdan gələn yeni qarşılıqlı fəaliyyət formatını açıqlayıb, lakin əməkdaşlığın təfərrüatları barədə danışmayıb. Polşalı ekspertlər, o cümlədən ölkənin keçmiş XİN rəhbəri Radoslav Sikorski kimi kifayət qədər nüfuzlu ekspertlər bu təşəbbüsü təəccüblə qarşılayıblar.
Onlar qeyd ediblər ki, NATO-dan kənar müdafiə alyansının yaradılması Kiyevin Rusiya ilə potensial münaqişəyə cəlb olunmaq riskini artırır. Həm də bu ittifaq Britaniyanın "Brexit"in zəiflətdiyi mövqeyini bərpa etmək vasitəsidir. Bundan əlavə, alyansın hər üç üzvünün Aİ ilə münasibətlərinin gərginləşməsi də diqqəti cəlb edir.
Ukraynanın mümkün münaqişəyə cəlb olunma riski və Britaniyanın əsas benefisiar statusu kimi faktlar baş verir. Bununla belə faha yaxından araşdırıldıqda, üçtərəfli ittifaq ideyasının ilk baxışda daha dərin olduğu ortaya çıxır.
"Qlobal Britaniya"
London, Varşava və Kiyev arasında ittifaq yaratmaq haqqında ilk dəfə Britaniyada Vestminsterdə yerləşən "Geostrategiya Şurası"(Council on Geostrategy) ucadan danışdı. Bu söhbətlərə əsas isə Böyük Britaniyanın XİN rəhbəri Liz Trassın 21 yanvar 2022-ci ildə Avstraliyanın "Lowy Institute" mərkəzində çıxışı oldu və burada Liz Trass Ukraynanın “monqollardan tatarlara qədər” çoxsaylı işğalları barədə danışıb.
Britaniya XİN rəhbərinin tarixi-coğrafi bililkləri ilə yanaşı, onun çıxışının kontekstində üçtərəfli ittifaqın qurulmasına çox diqqət yetirilməlidir. "Lowy Institute" həm XİN, Müdafiə Nazirliyi və DİN xəttilə Avstraliya hökumətindən, həm də BHP, Capital Group, Rio Tinto və Rothschild & Co. kimi qurumlardan vəsait alan çox diqqət çəkən “qeyri-hökumət” təşkilatıdır.
Üçtərəfli paktın informasiya qanuniləşdirilməsini götürən "Geostrategiya Şurası" da az maraqlı deyil. Təşkilatın rəsmi saytında yer alan missiya “indi beynəlxalq nizamı təhdid edən əsas avtoritar güclərin revizionist impulslarına” qarşı çıxmaq və “getdikcə qeyri-müəyyən və təhlükəli dünyada” Britaniya liderliyini təsdiqləmək kimi təsvir edilir.
Geostrategiya Şurası “Avro-Atlantik, Hind-Sakit Okean və Qütb regionlarında real geostrategiyaları” bu missiyanı həyata keçirmək üçün alətlər kimi görür.
"Council on Geostrategy" vurğulayır ki, Böyük Britaniya, Polşa və Ukraynanın üçlü ittifaqı açıq geosiyasi rəqib - Rusiya ilə, yaxud “idarəolunmaz rus kleptokratiyası” ilə qarşıdurmada ciddi rol oynayır. Bununla belə, "think tank" mərkəzinin təklif etdiyi strategiya nə az, nə çox “Qlobal Britaniya” adlanır.
“Qlobal Britaniya” anlayışının əsaslandırılmasının başlanğıc nöqtəsi yenə də “Rusiya təcavüzü” olur. Bu aspekt "Geostrategiya Şurası"nın materiallarından birində ətraflı təsvir edilir, burada gəlinən nəticələr arasında Britaniyanın maraqlarını təhdid edən Rusiyadan başqa Çinin, eləcə də digər sistemlərin olduğu qeyd olunur.
Məqalədə deyilir ki, gələcəkdə millətlər və hətta sivilizasiyalar baxımından daha çox rəqabətlə üzləşəcəyimizə dair "qəfil faktla qarşılaşırıq". Müəlliflər narahatçılıqlarını ifadə edirlər ki, Böyük Britaniyanın sadəcə məğlub olduğu üçün tarixin “yanlış tərəfində” olması ehtimalı var.
Bunun üçün "Geostrategiya Şurası" deyir ki, 1990-cı illərdə məşhur olan, çoxtərəfli dialoq mübahisə mövzisi olarsa ondan imtina etmək məntiqlidir və güc lazımdırsa, bu, ABŞ-ın səlahiyyətindədir.
Qeyd etmək lazımdır ki, "Geostrategiya Şura"sının materialları Britaniyanın mövqeyini anlamaq üçün çox faydalıdır. Təşkilat xüsusən də Ukrayna böhranından çıxış yolunu diplomatiyada, qarşılıqlı öhdəliklərdə və təminatlarda görən Almaniya, Fransa və ABŞ-dakı “sülhyaradan klanı” tənqid edir.
"Geostrategiya Şura"sı vurğulayır ki, Britaniya siyasəti “Ukraynaya qanuni özünümüdafiəsinə fəal kömək etmək, qabaqlayıcı informasiya müharibəsinə başlamaq və Rusiyanın özünə haqq qazandırmasına birbaşa qarşı çıxmaqdır”.
Bu üç nüansa ən son misal kimi Britaniya sığorta şirkətlərinin Ukrayna hava məkanına daxil olan təyyarələri sığortadan məhrum etmək qərarını göstərmək olar. Hansı ki, əslində bu həmin ölkə ilə hava əlaqəsinin tamamilə dayandırılması deməkdir. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi Ukraynanın hava məkanında uçuşların məhdudlaşdırılması ilə bağlı tövsiyələr vermədi ki, bu da məlum məsələdə Britaniyanın təşəbbüsünü tam vurğulayır.
"Geostrategiya Şura"sı qeyd edir ki, bu durum Ukraynanın maraqlarına tamamilə uyğundur - axırda "Ukraynalılar və onların liderləri Böyük Britaniyanın dəstəyini qəbul etməyə hazır olduqlarını bildirirlər". Bu o deməkdir ki, onlar hər şeydən razıdırlar.
ABŞ-ın hegemonluğundan çoxqütblü dünyaya keçid təkcə Rusiya və Çin üçün deyil, başqaları üçün də imkan pəncərələri yaradır. ABŞ-ın Avropadakı maraqlarının və imkanlarının azalması və Vaşinqtonun Çinlə münaqişəyə yönləndirilməsi, Rusiyanın təsirinin hələ də kifayət qədər olmaması, Aİ-nin zəif siyasi və hərbi varlığı xarici oyunçuların yararlana biləcəyi müəyyən boşluq yaratdı.
Xüsusilə, Brexit yolu ilə Aİ-dən çıxması Londonun öz siyasətini təşviq etmək üçün əl-qolunu açdı və bu məqamda Britaniya "keçmiş avropalı qardaşları"n maraqlarını nəzərə almır.
Son bir neçə ildə Britaniyanın təkcə Polşa və Ukraynada deyil, Baltikyanı ölkələrdə də ciddi hərbi və siyasi təsir şəbəkəsi formalaşdırdığına əmin olmaq üçün açıq məlumatları qısaca təhlil etmək kifayətdir. İngiltərənin Türkiyədəki mövqeləri tarixən güclüdür və bu da Londonun qurmağa çalışdığı oxu bağlayır. Baxmayaraq ki, Türkiyə nümunəsində Londonun təsiri sadalanan digər ölkələrlə müqayisədə xeyli zəifdir.
Bunun bariz nümunəsi kimi "Geostrategiya Şurası"nın özünü göstərmək olar. Onun direktoru əslən Litvadan olan Britaniya vətəndaşı Viktoriya Starıç-Samulenėdir. Qurumun əməkdaları arasında isə mənşəcə Britaniya-Polşa-Baltik-Ukrayna birliyini vurğulayan “Anton Qoloborodko” və başqaları kimi adları olan bir çox insana rast gəlmək olar.
Böyük Britaniya ilə bu oxun qalan ölkələri arasında hərbi əməkdaşlıq çoxdan olub. 8 fevral 2022-ci ildə daha 350 britaniyalı əsgərin Polşaya göndərilməsini şərh edən Britaniya Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles xatırladıb ki, London 2014-cü ildən Polşa, Estoniya və Latviyada mövcudluğunu gücləndirir.
Ayrı-ayrılıqda, İngiltərənin son bir neçə ildə Ukraynaya on minlərlə müxtəlif növ silah satıb və son həftələrdə hərbi tədarüklər xüsusilə intensiv xarakter alıb.
2022-ci il yanvarın 17-18-də 2000 ədəd "NLAW" qısa mənzilli tank əleyhinə sistemləri olan üç təyyarə Ukraynaya endi və Kiyev Krımla gələcək döyüşlər üçün əsas ümidini Britaniyaya bəsləyir. Fevralın 8-də Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko Londonla 2 milyard dollarlıq müqavilə imzalandığını elan etdi və bu müqaviləyə əsasən, Britaniya Ukraynaya gəmi əleyhinə raketlər də daxil olmaqla, adı açıqlanmayan bütün növ silahlar verəcək.
2021-ci ilin iyununda Böyük Britaniya hökuməti, onun "Babcock" qrupu və Ukrayna Müdafiə Nazirliyi UNCEP proqramını işə salan üçtərəfli saziş imzaladı. Bu razılaşmaya əsasən, Ukrayna üçün Qara və Azov dənizlərində əməliyyatlar üçün nəzərdə tutulmuş 8 kiçik raket gəmisi (400 tona qədər yerdəyişmə qabiliyyəti) tikiləcək.
Ukrayna tərəfi təkid etdi ki, qayıqlar köhnə sovet sistemi olan "Kh-35"in bir qədər inkişaf etmiş nüsxəsi olan "Neptun" Ukrayna raketləri ilə silahlansın. Bununla belə, gələcək qayıqlar "Sea Spear" raketləri ilə silahlanacaq. Bu, gəmi əleyhinə sistem üçün sadə seçim deyil - raket "Brimstone" helikopterləri üçün olan Britaniyanın tank əleyhinə raketi uyğunlaşdırılmasıdır. Raketin başlanğıc çəkisi 50 kq, tandem kumulyativ döyüş başlığının gücü isə 6 kq partlayıcıdır. Uçuş məsafəsinin 10-12 kilometr olduğu açıqlanıb.
Müasir bir gəmini sıradan çıxarmaq üçün bu, açıq-aydın kifayət deyil, amma Ukraynanın, görünür, seçimi yoxdur. Britaniyadan silah tədarükü açıq şəkildə “müstəmləkə variantı” ilə həyata keçirilir–Ukraynaya Britaniya silahlarını almaq üçün Britaniyadan kredit verilir. Pul Böyük Britaniyadan çıxmadan dərhal Britaniyanın silah zavodlarına gedir və kredit faizləri Kiyevdə qalır.
Oxşar kredit xətti qayıqların tikintisi üçün-1,25 milyard funt sterlinq kreditin bir hissəsi kimi ödənildi. Qayıqlardan əlavə, Ukrayna Hərbi Dəniz Qüvvələri Kral Hərbi Dəniz Qüvvələrindən isismar müddətilə bağlı istifadədən çıxarılan iki "Sendaun" sinifli minaaxtaran gəmi alacaq. Belə gəmilərin digər operatoru Estoniyadır ki, bu da az şey deyil. Köhnəlmiş və ya artıq istismardan çıxmış silahların müttəfiqlərə təzə qiymətinə satılması prinsipi Britaniya və digər ölkələr tərəfindən geniş şəkildə tətbiq olunur. Britaniya təyyarələrinin "NLAW" yükləri ilə yerə enməsindən bir neçə gün sonra ukraynalı mütəxəssislər komplekslərin istismar müddətinin ya başa çatdığını, ya da son fazada olduğunu müşahidə ediblər.
Yəqin ki, hələ də silinməli olan Britaniya raketləri və minaaxtaran gəmiləri üşün nəzərdə tutulan kreditdəki qayıqlara əlavə olaraq, Ukrayna Berdyansk və Oçakovda yeni hərbi-dəniz bazalarının tikinti planlarını hazırlamaq üçün Britaniyaya pul ödəyəcək. Yeri gəlmişkən, istismar müddəti bitməkdə olan silahların təzə qiymətinə satışı praktikasında Britaniya tək deyil. Sınıq-salxaq köhnə silah satılması məsələsi geniş miqyasda Rusiyanın praktikasında çoxdan mövcuddur...Ən rahat bazar isə post-sovet məkanıdır.
Ülviyyə, Hurriyyet.az