📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni filminə görə 22 kilo arıqladı

2026-10-19 22:59:58

Yeni filminə görə 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.

Hurriyyet.net  xarici KİV-ə istinadən xəbər verir ki, “The Rock” ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqram arıqlayıb.

Daha əvvəl “The Smashing Machine” filmi üçün çəki alan Conson, hazırda 128 kiloqramdan 106 kiloqrama düşüb.

Onun əvvəlki və indiki görünüşü arasındakı kəskin fərq böyük marağa səbəb olub.