📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni ildən manat ucuzlaşacaq? - Açıqlama

2021-12-16 15:55:00

Yeni ildən manat ucuzlaşacaq? - Açıqlama

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) növbəti faiz dərəcəsini açıqlayıb.

FES uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb. Mövcud vəziyyət manatın gələcək mövqeyi ilə bağlı müzakirələrə səbəb olub.

Hər kəsi bir sual düşündürür ki, yeni ildən manat dollar qarşısında ucuzlaşa bilərmi?

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Eyyub Kərimli ARB-24-ə açıqlamasında FES-in uçot dərəcələrini qaldırmasının manatın məzənnəsinə birbaşa təsir etməyəcəyini deyib.

"Hazırda manatın mövqeləri sabitdir. Gələn il manatın zəifləməsinə elə bir təzyiqlər yoxdur. Lakin bu neftin qiymətində də asılı olacaq", - ekspert bildirib.