Yeni Kaledoniyada Fransa əleyhinə aksiyada Azərbaycan bayrağı dalğalandı
2023-11-24 11:41:27
Hurriyyet.az xəbər verir ki, Yeni Kalendoniyanın paytaxtı Numea şəhərində Fransanın müstəmləkə siyasətinin əleyhinə keçirilən aksiyada Azərbaycan dövlətinin bayrağı ilk sıralara çıxarılıb və tribunada ucaldılıb.
Mətbuatın məlumatına görə, aksiyada 10 min nəfərə yaxın etirazçı iştirak edib, BMT və Yeni Kalendoniyanın bayraqları qaldırılıb.
Kanaksim Milli Azadlıq Sosial Cəbhəsi tərəfindən təşkil edilmiş nümayişdə Fransanın müstəmləkə siyasətinin əleyhinə şüarlar səsləndirilib, azadlıq və müstəqillik tələbləri bəyan edilib.
Hürr Tərcüman